QMİ iclasında gərginlik: Hacı Şahin zalı tərk etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) iclas zamanı məscidlərin fəaliyyəti ilə bağlı verdiyi qərarlar inanclı kəsim arasında narazılığa səbəb olub.
Milli.Az xəbər verir ki, qurumun rəsmi nümayəndələri bununla əlaqədar QMİ-nin toplantısında etirazını ifadə edib.
Belə ki, iclas zamanı "Təzəpir" məscidinin axundu, ilahiyyatçı Mircəfər Eyyubov idarənin səlahiyyətli şəxslərinə yeni qərarlarda yer alan müddəalarla bağlı suallar ünvanlayıb və iradını bildirib. O, ictimai iaşə obyektlərinin fəaliyyətini əsas gətirib.
Bundan əlavə, "Məşədi Dadaş" məscidinin axundu, ilahiyyatçı Şahin Həsənlinin konfrans zalını toplantı bitməmiş etiraz əlaməti olaraq tərk etdiyi bildirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























