• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyada azərbaycanlı gənci öldürən polis sərbəst buraxıldı - Video

Rusiyada azərbaycanlı gənci öldürən polis sərbəst buraxıldı - Video
04.06.2021 23:33
Müstəntiqlər Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən, mayın 28-də azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin başına təsadüfən atəş açan polis məmuru Aleksandr Qusyevi həbsdən azad ediblər.
"Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Bu gün İstintaq Komitəsinin sədrinin tapşırığına əsasən, müstəntiq polis barəsində həbs qətimkan tədbirini dəyişərək başqa yerə getməmək və lazımi davranış haqqında iltizam seçib

Xatırladaq ki, hadisə mayın 28-da baş verib. Hərəkətdə olan "Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. 
Qeyd edək ki, hadisədən sonra sosial şəbəkələrdə birmənalı olmayan fikirlər səsləndirilib. Belə ki, bir qism istifadəçilər polisin silah çıxarmasına ehtiyac olmadığını, digər qism isə vəzifəsini yerinə yetirdiyini bildirib.
Maraqlıdır ki, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyü vəkillər, media əməkdaşları da göstərdi. Belə ki, vəkil Pavel Yarovoy jurnalistlərə açıqlamasında Vəkil Abdullayevi qətlə yetirən polis haqqında çox sərt tədbir görüldüyünü bildirmişdi.
"Russia Today” telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan da ciddi cəhdlə polis müfəttişinin tərəfini tutmuş, onun təsadüfən atəş açdığını iddia etmişdi.
Qusyevin lehinə danışanlardan biri də ABŞ-dakı casus qalmaqalı və həbs həyatından sonra məşhurlaşan, "Russia Today” telekanalının əməkdaşı, RF İctimai Palatasının üzvü, Vahid Rusiya partiyasından dövlət Dumasına namizədliyini irəli sürmüş Mariya Butina oldu. O, Vəkil Abdullayevi öldürən və 2 maddə üzrə ittiham olunan Qusyevin "100% doğru yolda” olduğunu bildirib və hətta buna görə polis müfəttişinin mükafatlandırılmasını istəyib. Butina Qusyevə qarşı irəli sürülmüş bütün ittihamların götürülməsini də tələb etmişdi.
Həbs olunmuş polisə qarşı əvvəlcə cinayət təhqiqatının dayandırılması, sonra isə onun azadlığa buraxılması ilk növbədə Rusiyanın hüquq sistemində ciddi problemlər olduğunu və ya siyasi, ayrı-seçkilik, fobiya motivlərinin mövcudluğunu nümayiş etdirdi.
Vəkil Abdullayev yol qəza hadisəsi törədildiyinə görə saxlanılmışdı və polisin silah çıxartmasına heç bir ehtiyac yoxuydu.
Bu hadisə Rusiyada digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyün, rasizmin olduğunu göstərdi.
Vəkil Abdullayev Gürcüstan vətəndaşı olsa da rəsmi Tbilisidən məsələ ilə bağlı hər hansı mövqe bildirilməyib, addım atılmayıb.
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol