• $
  • €
  • ₽
  • ₺
  • £

“Onlara ezamiyyətlərini dəyişmələri deyilsə də, qayıtmaqdan imtina ediblər”

“Onlara ezamiyyətlərini dəyişmələri deyilsə də, qayıtmaqdan imtina ediblər”
05.06.2021 16:17
Prezidentin köməkçisi Hikmət Hacıyev Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimovla vida mərasimində iştirak edib. 


 Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, onların gördüyü işlərin böyük bir dəyəri var:


"Bunun bir dəyəri ondan ibarətdir ki, ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliyi onlar sənədləşdirirdilər. Bu işin dəyəri bu gün də, yüzilliklər sonra da vacibdir. Çünki onlar gələcək nəsillərə Azərbaycan tarixinin salnaməsini yaradırlar.


"Azərtac” və Dövlət Televiziyası tərəfindən onlara ezamiyyətlərini dəyişmək barədə müraciətlər olsa da, onlar geri qayıtmaqdan imtina ediblər. Bu işi elə böyük əzmlə, böyük rəşadətlə, böyük həvəslə yerinə yetirirdilər. Yenə də mənfur ermənilər tərəfindən qoyulmuş xəyanətkar mina fəaliyyətinin qurbanı oldular. Allah onlara rəhmət eləsin.


Bu eyni zamanda, Azərbaycan mediası, Azərbaycan ictimaiyyəti üçün böyük itkidir. Bu müharibə dövründə Azərbaycan əsgərləri ilə çiyin-çiyinə Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan jurnalistlərinin, Azərbaycan mediasının da rəşadətini gördük. Onlar bütün cəbhədəydilər. Ermənilərin vəhşiliklərini foto və videoya çəkərək dünya ictimaiyyətinə çatdırdılar. Bu qardaşlarımızın gördüyü iş də həmin prosesin tərkib hissəsi idi. Bu hadisə Azərbaycan və dünya mediası üçün də böyük bir itkidir. Bütün beynəlxalq təşkilatlara da müraciət etmişik ki, bu vandalizm, bu vəhşilik beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır. Möhtərəm cənab Prezidentin baş sağlığını çatdırıram, Allah səbr versin, qəbirləri nurla dolsun”.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol