• $
  • €
  • ₽
  • ₺
  • £

Bu superyaxtanı alan azərbaycanlı kimdir? - FOTOLAR

Bu superyaxtanı alan azərbaycanlı kimdir? - FOTOLAR
29.05.2014 10:42
"Bu yaxta çox gözəl, zərif və eyni zamanda, güclüdür. Müştərimizin məmnun qalacağına ümid edirik və düşünürük ki, o, mükəmməl məhsulumuzdan razılıqla istifadə edəcək".

 "Caspian" modelli superlüks yaxtanı inşa etməyə başlamış "Claydon Reeves" şirkətinin açıqlamasında belə deyilir. Milli.Az bildirir ki, İngiltərənin Hempşir bölgəsindəki Liminqton şəhərində yerləşən "Claydon Reeves" yaxta şirkəti "Caspian" adlı süperlüks yaxta hazırlayır. 70 metr uzunluğu olan, 12 sərnişin üçün nəzərdə tutulan "Caspian"da 2 VİP və 5 ikiyerlik kayutlar var. Yaxtadakı sərnişinlər üçün 95 kvadratmetrlik istirahət məkanı, habelə 7 metrlik hovuz da nəzərdə tutulub. Atriumun da yerləşdiyi yuxarı göyərtə istirahət üçündürsə, aşağı göyərtədə bar, trenajor zalı, spa-hovuz və skay-bar var.İlk dəfə 2011-ci ildə "Monaco Yacht Show"da "Remora" adlı konsept-model kimi göstərilmiş yaxta o vaxtdan bəri yenilənib və staylinqə məruz qalaraq "Caspian" olub. Şirkətin açıqlamasında bildirilir ki, yaxta "Xəzər sahilindəki ölkələrdən birindən olan sifarişçinin istəyinə uyğun olaraq "Caspian" adlandırılıb"."Claydon Reeves" banilərindən və sahiblərindən biri Ceyms Klaydon sifarişçinin adını, onun hansı ölkədən olduğunu açıqlamayıb. Lakin Britaniya mediasında, habelə superlükas yaxtalardan bəhs edən saytlarda yer alan məlumatlara görə, "Remora"nın ən son modeli olan "Caspian"ı sifariş verən şəxs azərbaycanlıdır. Yaxta yanacaq bakları tam doldurulandan sonra 4500 dəniz mili qədər məsafəni limanlara yan almadan qət edə bilir.ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol