• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda karantin qaydalarını pozan konsertlər təşkil olunur- VİDEO

Bakıda karantin qaydalarını pozan konsertlər təşkil olunur- VİDEO
07.06.2021 10:35
Türkiyənin məşhur müğənnisi Mustafa Cecelinin şənbə günü Bakıda keçirdiyi konsert proqramında karantin qaydaları kobud şəkildə pozulub. 

"Qafqazinfo” xəbər verir ki, ifaçının "İstanbul Meyhane Bilgəh” restoranının açılışındakı çıxışı zamanı iaşə obyektlərində ayağa qalxan hər kəsin maska taxması, sosial məsafə, kütləvi tədbirlərin keçirilməsi barədə qoyulan qaydalar heçə sayılıb. Qaydaların açıq-aşkar pozulduğu kadrlar restoranın instaqram səhifəsində də nümayişkarcasına paylaşılıb.  

Hətta Mustafa Ceceli Azərbaycan ərazisində ümumi karantin rejiminin ləğv edilmiş kimi başa düşərək görüntüləri instaqram hesabında paylaşıb, tezliklə Türkiyədə də konsertlərin keçirilməsini arzuladığını bildirib:

"Səhnə üçün çox darıxmışam. Bu görüntülərlə ən qısa zamanda Türkiyədə də qovuşarıq! Konsertlər yenidən başlayar. Bakıda bizi coşğu ilə qarşılayan, bir ağızdan mahnılarımı söyləyən hər kəsə təşəkkürlər”. 

Həmçinin, sözügedən gecədə qonaqların mərkəzi rəqs meydançasında rəqsi, əylənməsi toy məclislərindən heç bir fərqinin olmadığı görünür. Kadrlarda rəqs edən şəxslərin sayının 100 nəfərdən çox olduğu başa düşülür. 

Bu məqamda xatırladaq ki, Milli Məclisin deputatları Qənirə Paşayeva,  Sabir Rüstəmxanlı, Fazil Mustafa, Naqif Həmzəyev açıq havada toy şənliklərinin keçirilməsinə icazə verilməsiylə bağlı Operativ Qərargaha çağırış etsə də, bu barədə hər hansı müsbət addım atılmayıb. 
 



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol