• $
  • €
  • ₽
  • ₺
  • £

Eldar Əzizovdan 6 milyonluq şübhəli müqavilə

Eldar Əzizovdan 6 milyonluq şübhəli müqavilə
07.06.2021 16:30
Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC "LPRS 777" MMC ilə maliyyə dəyəri 6 273 470 AZN təşkil edən satınalma müqaviləsi imzalayıb. 

HİT.Az xəbər verir ki, müqavilədə mənzil və kommunal təsərrüfatı ilə bağlı subsidiyaların verilməsi nəzərdə tutulub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "LPRS 777” MMC-nin 20 may 2019-cu il tarixdə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 5 AZN olan şirkətin hüquqi ünvanı Xaçmaz rayonu, Qaradağlı kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi Səmədov Səməd Əhmədxan oğludur.

Açıq mənbələrdə "LPRS 777” MMC və Səməd Səmədov barəsində heç bir məlumat yoxdur. Şirkətin bundan əvvəl tenderdə iştirakına dair hər hansı fakta da rast gəlinmir.

Bakı Şəhər İcra Hakimiyyətinin nizamnamə kapitalı 5 manat olan və tanınmayan şirkətlə 6 milyonluq müqavilə imzalaması keçirilən tenderin şəffaflığına şübhələri artırır.

Bəzi ehtimallara görə, "LPRS 777” MMC şübhəli satınalma müsabiqələrində istifadə edilmək üçün yaradılıb. Onun qanuni təmsilçisinin proxy şəxs olması da istisna deyil. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol