• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda gənclərin mağazadan oğurladıqları kitabların adları və qiymətləri bilindi - VİDEO

Bakıda gənclərin mağazadan oğurladıqları kitabların adları və qiymətləri bilindi - VİDEO
07.06.2021 18:24
Səbail rayonunda kitab mağazasından oğurluq hadisəsi cəmiyyətdə böyük rezonansa səbəb olub.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə böyük müzakirələr aparılır. Çoxu kitab oğurlayan gənclərin görüntülərinin yayılması və biabır olması məsələsini qınayıblar.

Çoxu düşünür ki, kitab mağazası rəhbərliyi həmin şəxslərlə bağlı polisə müraciət etmək əvəzinə, həmin oğlanlara köməklik edə bilərdi.
Məsələyə aydınlıq gətirmək üçün mağaza ilə əlaqə saxladıq.

Mağazadan BAKU.WS-ə bildirdilər ki, onlar polisə müraciət etməklə düzgün iş görüblər. Mağazadan baş verən hadisənin detallarını açıqladılar.

Həmin gənclərin oğurladıqları kitablar türk dilində olub. Salman Rüşdünün "Gecə yarısı çocukları” və Aligyeri Dantenin "İlahi Komediya” kitabları olub. Kitabların birinin qiyməti 26,10 AZN və 29,80 AZN olub.

Qeyd edək ki, mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıblar.

Onların mağazadan 2 ədəd kitab oğurlaması obyektin müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. E.Süleymanlı və E.Əhmədov qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in "102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol