• $
  • €
  • ₽
  • ₺
  • £

Direktordan 13 yaşlı şagirdə əxlaqsız təklif: “Sinəni aç” - FOTO

Direktordan 13 yaşlı şagirdə əxlaqsız təklif: “Sinəni aç” - FOTO
08.06.2021 12:12
Ucarda məktəb direktorunun azyaşlı şagirdə qarşı əxlaqsızlıq təklif etməsi iddia olunur.

Lent.az xəbər verir ki, iddia ilə rayonun Pirkənd kənd orta məktəbinin 8-ci sinif şagirdi, 2007-ci il təvəllüdlü N.H-nın atası, üçüncü qrup gözdən əlil Elmin Həşimov çıxış edib.

O bildirib ki, məktəbin direktoru 60 yaşlı Tapdıq İsayev qızını öz otağına çağırıb:

"Birinci dəfə qızımı tənəffüsdə otağına çağırıb, getməyib. Sonra dərs vaxtı adam göndərib ki, qızım otağına getsin. Qızım otağına gedəndə isə deyib ki, sənin atan səni oxutdurmayacaq. Mən səni oxutduracam, qiymətlərinin yazılmasına kömək edəcəm. Sonra da onun sinəsinə baxıb və deyib ki, sinəni aç. Qızım qorxub, otağından çıxıb. Olanları da ağlaya-ağlaya anasına danışıb. Məndən gizlədib ki, birdən gedib direktoru öldürərəm”.

Azyaşlının atası qeyd edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları, prokurorluğa şikayət edib:

"Qızımdan da bununla bağlı izahatlar alınıb”.

Təhsil Nazirliyindən bildirilib ki, qeyd olunan məsələ ilə bağlı hazırda polis idarəsində və prokurorluqda araşdırma aparılır:

"Bir şəxsin cinayəti sübut olunmayıbsa, araşdırılma aparılırsa, onunla bağlı hər hansısa bir addım atmaq olmur. Qərara uyğun olaraq Təhsil Nazirliyi tərəfindən adekvat addım atılacaq”.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol