Həkim-eksperti döyən şəxsə cinayət işi açıldı

övlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertinə qarşı xuliqanlıq faktı üzrə cinayət işi başlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumata görə, Bərdə rayon sakini 1963-cü il təvəllüdlü Şamayıl Mustafayev heç bir səbəb olmadan ictimai qaydanı kobud surətdə pozaraq, agentliyin həkim-ekspertini yumruqla vurub, ona müxtəlif dərəcəli yüngül bədən xəsarətləri yetirib.
İstintaq tədbirlərilə hadisə yerinə baxış keçirilib, xəsarət alan həkim-ekspert zərərçəkmiş şəxs qismində tanınıb, məhkəmə tibb ekspertizasının rəyi və şahidlərin ifadələri alınıb.
Şamayıl Mustafayevin aqressiv davranmasına səbəb əlillik dərəcəsinin ləğv edilməsi olmuşdu.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























