• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlikdən deputatın atasının Xaçmazda ağacları qırdırması ilə bağlı - AÇIQLAMA

Nazirlikdən deputatın atasının Xaçmazda ağacları qırdırması ilə bağlı - AÇIQLAMA
08.06.2021 21:37
"Mayın 25-də Xaçmazın Fərzəlioba kəndi ərazisində xüsusi mülkiyyətdə olan ərazidə kütləvi şəkildə meşə ağaclarının kəsilməsi qeydə alınıb. İlkin olaraq ziyan hesablanıb. Bunu həyata keçirən "Qərb Ekol” şirkətinə qarşı 7 min manat cərimə tətbiq olunub”.

"Ölkə.az” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook” səhifəsində yayımlanan "Ekspert saat”da nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə millət vəkili Eldəniz Səlimovun atası Adil Səlimovun Xaçmazın Fərzəlioba kəndində ağacları qırdırması iddiası ilə bağlı suallara cavab verərkən deyib.

O qeyd edib ki, bununla bağlı sənədlər Xaçmaz Rayon Prokurorluğuna göndərilib:

"Mayın 31-də bu hal davam etdiyi üçün yenidən qeydiyyat aparılıb. 25 min manat ziyan hesablanıb. Sənədlər yenidən prokurorluğa göndərilib.

İyunun 2-də o şirkət qoyulan məhdudiyyətlərə heç bir məhəl qoymadan öz əməllərinə davam etdiyi üçün 33 min 40 manat məbləğində ziyan hesablanıb və yenidən prokurorluğa təqdim edilib.
Biz hüquq-mühafizə orqanlarının araşdırmasını gözləməliyik”.

Qeyd edək ki, məsələ ilə bağlı bir neçə gün əvvəl nazirlikdən bildirilib ki, ərazidə iş aparan "Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan "Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol