• $
  • €
  • ₽
  • ₺
  • £

Agentlik: Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək

Agentlik: Əlilliyə səbəb olan bir çox xəstəlik pulsuz müalicə ediləcək
09.06.2021 19:30
"Hazırda icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin sayı 2550-dir. Mütəmadi şəkildə xidmətlər zərfinə yeni tibbi xidmətlərin əlavə edilməsi üzərində iş gedir və hər il ciddi dəyişikliklər nəzərdə tutulur”.

Anews.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.


Agentlik rəsmisi bildirib ki, bu il üçün müvafiq qurumlara təqdim edilən xidmətlər zərfində mövcud olan tibbi xidmətlərin sayının artırılması planlaşdırılır: "Belə ki, zərfə 300-dən çox yeni tibbi xidmətlərin əlavə edilməsi gözlənilir. Yeni tibbi xidmətlərin əlavəsinə ehtiyac vətəndaşların müraciətləri əsasında formalaşır. Statistik analizlər əsasında xidmətlər zərfinə əlavə və ya çıxarılma müəyyənləşir”.


V.Qurbanov qeyd edib ki, xidmətlər zərfinə əlavə ediləcək yeni tibbi xidmətlərin siyahısına yüksək ölüm riski yaradan və əlilliyə səbəb ola biləcək bir çox xəstəliklər daxildir: "Hansı ki bundan əvvəl xidmətlər zərfində həmin xəstəliklər yer almamışdı”.


Xidmətlər zərfinə daxil olan tibbi xidmətlərin siyahısı və tarifləri ilə buradan tanış olmaq mümkündür.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol