• $
  • €
  • ₽
  • ₺
  • £

DİN: Deputatın oğlu jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə verib

DİN: Deputatın oğlu jurnalistin döyülməsi ilə bağlı iş üzrə ifadə verib
28.05.2014 20:03
“Jurnalist Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı Aynar Məmmədov ifadə verib”.Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, nazir Ramil Usubova ünvanlanmış müraciətlərdə, kütləvi informasiya vasitələrində, habelə zərərçəkmiş Fərahim Qasımovun ifadəsində göstərilmiş xüsusatlarla bağlı Aynar Elton oğlu Məmmədov istintaqa çağırılaraq ifadəsi alınıb. Bildirilib ki, istintaq prosesində həmin cinayətdə onun iştirakı təsdiq olunmayıb. İş üzrə bütün xüsusatlar nəzərə alınmaqla istintaq davam etdirilir. Xatırladaq ki, A. Məmmədov deputat Elton Məmmədovun oğludur. Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlu aprelin 25-də naməlum şəxslərin hücumuna məruz qalıb. Jurnalist yaşadığı evdən çıxarkən naməlum şəxslər tərəfindən döyülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Baş verən hadisə ilə bağlı 1990-cı il təvəllüdlü Feyruz Termişi aprelin 7-də tutulub. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol