• $
  • €
  • ₽
  • ₺
  • £

5 ayda Azərbaycan əhalisinin xərclədiyi vəsait

5 ayda Azərbaycan əhalisinin xərclədiyi vəsait
10.06.2021 13:05
2021-ci ilin yanvar-may aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 15240,6 milyon manatlıq, o cümlədən 8381,2 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6859,4 milyon manatlıq qeyri-ərzaq malları satılıb.


Dövlət Statistika Komitəsindən (DSK) Anews.az-a verilən məlumata görə, 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,2 faiz artıb, qeyri-ərzaq malları üzrə isə 1,9 faiz azalıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49,5 faizi ərzaq məhsullarının, 5,5 faizi içkilər və tütün məmulatlarının, 14,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,4 faizi avtomobil benzini və dizel yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.


2021-ci ilin yanvar-may aylarında istehlak mallarının dəyər ifadəsində 27,7 faizi ticarət müəssisələri, 48,9 faizi fərdi sahibkarlar tərəfindən, 23,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 17,4 faiz artmış, fərdi sahibkarlar üzrə 0,9 faiz, bazar və yarmarkalarda 12,7 faiz azalıb.


Hesabat dövründə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 304,6 manatlıq, o cümlədən 167,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 137,1 manatlıq qeyri-ərzaq malları alıb.  

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol