• $
  • €
  • ₽
  • ₺
  • £

800 minlik borc məsələsinə aydınlıq gətirildi

800 minlik borc məsələsinə aydınlıq gətirildi
10.06.2021 13:40
Bakı Dövlət Universitetinin sabiq rektoru, keçmiş deputat Abel Məhərrəmovun bağ evində, restoranında və istirahət mərkəzində ustaları işlədərək 800 min manat pulu ödəməməsi ilə bağlı məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo” xəbər verir ki, dünən mediada yayılan xəbərlərdə qeyd edilib ki, məhkəmə A.Məhərrəmova qarşı iddianı təmin edib və keçmiş rektorun 800 min manatı ödəməli olduğu barədə qərar çıxarıb.

Məhkəmənin yekun qərarı ilə bağlı məlumatı dəqiqləşdirmək üçün A.Məhərrəmovun vəkili Altay Əfəndiyevlə əlaqə saxladıq.

A.Əfəndiyev bildirib ki, yayılan məlumat həqiqətə uyğun deyil: "Biz çıxış edərək iddiaya etirazımızı bildirdik və arqumentlərimizlə bağlı müvəkkilimin razılığı olmadan geniş açıqlama verə bilmərəm. Hakim zalda iddianın rədd edildiyini elan etdi və sənədlərə də bu formada qeyd edilib”.

İddiaya görə, hakim zalda A.Məhərrəmovun əleyhinə qərar qəbul edildiyini bildirsə də, sonradan qərar dəyişdirilib.

Vəkil Əfəndiyev bildirib ki, belə bir halın baş verməsi mümkün deyil və yalandır.

Məhkəmə işi üzrə A.Məhərrəmovla yanaşı Nəbi Ramazanlı adlı şəxs də cavabdeh kimi prosesə cəlb edilib.

Vətəndaş İsmixan Mirzəyevin iddiasına görə, Abel Məhərrəmov Bakıda 4 mərtəbəli villanın  pilləkənin, mansardın, qapıların, şəbəkənin (reşyotkanın), "besedka”nın, barın hazırlanması və quraşdırılmasına görə 90 300 manat borclu qalıb.

Sabiq rektora məxsus "Mona Liza” şadlıq sarayında görülən təmir işlərinə görə 55 min manat borc yaranıb. Abel Məhərrəmovun Mərdəkan qəsəbəsindəki bağ evində və Şərifzadə küçəsindəki "Qlobus” bağçasında görülən işlərə görə 65 min borcu qalıb. Xaçmazın Nabran qəsəbəsindəki "El Faro” ailəvi istirahət və əyləncə mərkəzində görülən 186 000 manatlıq işin pulunu ödəməyib.

Yekunda Abel Məhərrəmovun ustalara 800 min manatdan artıq borcu olduğu iddia edilib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol