• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqəyə start verilir

Məktəblilər arasında “AZERCELL CUP” proqramlaşdırma üzrə müsabiqəyə start verilir
10.06.2021 14:07
Azərbaycan Respublikası Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı "Azercell Telekom” MMC proqramlaşdırma üzrə "AZERCELL CUP” müsabiqəsini elan edir. 5-7-ci sinif şagirdlərinin iştirak edə biləcəyi bu tədbir lider mobil operatorun 25 illik yubileyinə həsr olunub. 
 
Müsabiqəyə qeydiyyat www.olimpiada.edu.az saytı üzərindən iyun ayının 10-dan 20-dək davam edəcək. Birinci tur onlayn şəkildə iyun ayının 27-də baş tutacaq. İki mərhələdən ibarət müsabiqənin final turu növbəti tədris ilinin əvvəlinə planlaşdırılıb. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.
 
Qeyd edək ki, müsabiqənin əsas məqsədi rəqəmsal texnologiyalara, informatika elminə, kompüter mühəndisliyi və proqramlaşdırmaya marağı olan məktəblilərə dəstək olmaq, onların fərdi və elmi inkişafına töhfə verməkdir.
 
Xatırladaq ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.
 
Müsabiqə haqqında əlavə məlumat üçün [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol