Bakcell şəbəkəsi Şuşada

Bakcell mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişləndi.
İşğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işlərində daha bir addım: Bakcell şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və Bakcell şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.
"Bakcell”in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. Bakcell Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























