"Mall"ların girişində ziyarətçilərin hərarəti ölçülmür - VİDEO

Bu gündən etibarən "Mall"lar, iri ticarət mərkəzləri fəaliyyətini bərpa edib.
"Report"un əməkdaşları "Mall"lardan birində vəziyyətlə tanış olub.
"Mall”lada pandemiyadan əvvəlki dönəmlərdə olan izdiham müşahidə edilməsə də, kifayət qədər insan sıxlığı yaranıb.
Ziyarətçilər "Mall”ın içərisinə tibbi maska ilə daxil olub, girişdə olan xüsusi dezinfeksiyaedici məhlul vasitədən istifadə etsə də, onların hərarəti ölçülmür.
Aparılan müşahidələrə görə, "Mall”ın girişində nə hərarət ölçən cihaz, nə də hərarəti ölçəcək hansısa şəxslər dayanıb.
10 iyun saat 00:00-dan iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla) fəaliyyəti bərpa edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























