• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid jurnalistlərin xatirəsi Gürcüstanda yad edilib

Şəhid jurnalistlərin xatirəsi Gürcüstanda yad edilib
10.06.2021 16:51
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun xatirəsinə həsr olunan tədbir keçirilib.

"Report”un yerli bürosu xəbər verir ki, mərasim iştirakçıları ilk öncə anım guşəsini ziyarət edərək həlak olan media işçilərinin fotoşəkillərinin önünə gül düzüblər, xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbridə GAİM təmsilçiləri, Azərbaycanın media qurumlarının Gürcüstandakı büroları, eləcə də yerli azərbaycandilli media resurslarının nümayəndələri iştirak ediblər.

Media mənsubları çıxış edərək həmkarlarının xidməti vəzifələrini yerinə yetirərkən faciəvi şəkildə həlak olmalarından dərin sarsıntı hissi keçirdiklərini bildiriblər.
Qeyd olunub ki, jurnalistlər Ermənistanın Azərbaycana qarşı növbəti hərbi cinayətinin qurbanı olublar və gələcəkdə belə faciələrin baş verməməsi üçün beynəlxalq ictimaiyyət Ermənistandan mina xəritələrini verməsini tələb etməlidir.

Sonda beynəlxalq təşkilatların Gürcüstandakı nümayəndəliklərinə ünvanlanan bəyanat oxunub. Sənəddə Ermənistanın mina xəritələrini Azərbaycan tərəfinə verilməsi tələb edilib. Bildirilib ki, xəritələrin verilməməsi beynəlxalq hunanitar normaların kobudcasına pozulmasıdır. Bəyanatda beynəlxalq qurumların məsələyə laqeyd qalmayacağına ümidvarlıq ifadə edilib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol