• $
  • €
  • ₽
  • ₺
  • £

İşğaldan azad olunmuş ərazilərdə tədqiqat işlərinə başlanılıb

İşğaldan azad olunmuş ərazilərdə  tədqiqat işlərinə başlanılıb
10.06.2021 17:07
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti işğaldan azad olunmuş Ağdam, Cəbrayıl və Füzuli rayonları ərazisində torpaq tədqiqatı işləri aparıb.

Bu barədə  qurumdan bildirilib.

Məlumata görə, bu rayonlar üzrə mərhələli şəkildə torpaq nümunəsi götürülərək torpaq və geobotaniki tədqiqatlar laboratoriyasına təhvil verilib. Analiz nəticələrinə əsasən, torpaqların keyfiyyəti, hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən ediləcək.

Torpaqların mövcud vəziyyətinin, münbitliyinin, şorlaşma, şorakətləşmə və eroziyaya uğrama dərəcələrinin müəyyən olunması, torpaqların səmərəli istifadəsinə nəzarət edilməsi məqsədilə ölkə üzrə irimiqyaslı çöl torpaq tədqiqatı işləri də aparılır. İlkin olaraq Neftçala rayonunun dövlət mülkiyyətində olan 30284 hektar ərazisində irimiqyaslı torpaq tədqiqatı işləri yerinə yetirilib. Rayonun qış otlaqlarında torpaq tədqiqatı işlərinin aparılması üçün işçi qrupları yaradılıb. Çöl işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi məqsədilə bütün qruplar müasir sahəvi ləvazimatlarla təmin olunub. İlk dəfə olaraq çöl torpaq tədqiqatında müasir dövrün tələblərinə uyğun olaraq "TFA DOSMAN” cihazı vasitəsilə torpağın nəmlik dərəcəsinin miqdarı müəyyən edilib. Bununla həmin torpaqların şorlaşma dərəcəsi və bitkilərin məhsuldarlığında önəmli faktorlardan biri olan torpağın turşuluq və qələviliyinin norma daxilində olub-olmaması məlum olur. Nəticədə məhsuldarlığı yüksək olan hansı növ bitkilərin əkilməsinin daha səmərəli olması müəyyən edilir.

Tədqiqat zamanı həmçinin, aşkara çıxan qanunazidd fəaliyyət göstərən süni balıq gölləri, qış otlağı ərazilərinin qanunsuz olaraq əkin məqsədilə istifadə edilməsi və ərazilərdə qrunt suyunun səthə çıxması nəticəsində torpaqların yararsız vəziyyətə düşməsi halları ilə bağlı müvafiq qurumlara məlumatlar göndərilib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çöl torpaq tədqiqatı işləri ölkəmizin digər bölgələrində də davam etdiriləcək.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol