• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərxalça”da yeni TƏYİNAT

“Azərxalça”da yeni TƏYİNAT
10.06.2021 18:06
"Azərxalça” ASC-nin  yeni rəhbərliyi idarəçilik sistemini də yeniləməkdə davam edir.

Azərbaycan Milli Xalça Muzeyinin  Şuşa  filialının müdiri Əlisafa Nuriyev "Azərxalça”nın istehsalat üzrə direktoru təyin edilib.

Əlisəfa Nuriyev 1984- cu ildə Novosibirsk Elektrotexniki Rabitə  İnstitunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.  1990-cı ildə Azərbaycan SSR Plan Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə rabitə üzrə baş mütəxəssis kimi dəvət olunub. Daha sonra həmin qrumda Makroiqtisadi balanslar şöbəsinin rəhbəri və idarə rəisinin müavini kimi çalışıb.

1995-ci ildə xalq rəssamı professor Kamil Əliyevin dəvəti ilə "Azərxalça” Elmi Yaradıcılıq İstehsalat  birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb. 

1995- 2005 – ci illər ərzində "Azərxalça” Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb.

2005- 2016 – ci illər ərzində "Azərxalça” ASC elan olunanadək müəsissənin direktoru vəzifəsini icra edib.

Əlisəfa Nuriyev 2004-cü ildə "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunun  hazırlanması və Parlamentdə  qəbul olunması prosesində iştirak edib.

Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” ı onun bilavasitə iştirakı ilə hazırlanıb.

"Azərxalça”  Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunmasından müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin  Şuşa  filialının müdiri kimi çalışıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol