Yevlax polisi əməliyyat keçirib, saxlanılanlar var

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























