Azərbaycanın məşhur zavodu yenidən zərərlə işləməyə başlayıb

"Bünyad Sərdarov adına Maşınqayırma Zavodu” ASC 2020-ci ili 407 min manat zərərlə başa vurub. Halbuki, zavod 2019-cu ildən 87 min manat mənfəətlə çıxmışdı.
Ötən il səhmdar cəmiyyəti 738 min manat gəlir əldə edib. Bu isə əvvəlki illə müqayisədə 2,1 dəfə azdır. Hesabat dövründə qurumun xərcləri isə 21 % azalaraq 1,145 milyon manata düşüb.
Bu il yanvarın 1-nə "Bünyad Sərdarov adına Maşınqayırma Zavodu”nun aktivləri 18,498 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 0,2 % azdır. O cümlədən zavodun öhdəlikləri 0,7 % azalaraq 5,776 milyon manata düşüb, balans kapitalı isə dəyişməyərək 12,723 milyon manat olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























