• $
  • €
  • ₽
  • ₺
  • £

Rezidenturaya qəbul üçün 2 028 namizəd qeydiyyatdan keçib

Rezidenturaya qəbul üçün 2 028 namizəd qeydiyyatdan keçib
11.06.2021 11:03
Rezidenturaya qəbul olmaq üçün ərizə qəbulunda iştirak edən namizədlər haqqında bəzi statistik məlumatlar və imtahan tarixləri açıqlanıb.

2021/2022-ci tədris ili üçün rezidenturaya qəbul olmaq istəyən namizədlərin qeydiyyatı mayın 26-dan iyunun 4-dək aparılıb.

Bu müddət ərzində 2028 namizəd qeydiyyatdan keçib. Onlardan 931 nəfər əvvəlki illərdə məzun olan şəxslərdir. 646 nəfər cari ilin məzunu, 451 nəfər isə hazırda əsas (baza ali) tibb təhsilini davam etdirən və III kursu tam bitirmiş namizədlərdir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qaldığından, 2020-ci ildə 40 və daha çox bal toplayan namizədlər cari ildə bu imtahanda iştirak etmədən ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılırlar. Beləliklə, baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I cəhd) 1738 namizəd iştirak edəcək.

Ərizə qəbulunda iştirak edən namizədlərdən 1798 nəfər Azərbaycan, 2 nəfər Türkiyə, 7 nəfər Gürcüstan, 55 nəfər Rusiya, 1 nəfər Qazaxıstan, 1 nəfər Çin, 1 nəfər Belorus və 31 nəfər Ukrayna universitetlərində təhsil alan (almış) şəxslərdir. 132 nəfər isə Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının məzunudur.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı (I cəhd) əvvəlcədən elan olunduğu kimi, 2021-ci il iyunun 20-də keçiriləcək. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) isə avqustun 4-də keçirilməsi nəzərdə tutulur.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) sentyabr ayında keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul” nəticə əldə edən namizədlər buraxılırlar.

2020-ci ildə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” nəticə əldə etmiş və 26 may – 4 iyun tarixlərində ərizə qəbulunda iştirak etməmiş rezidenturaya qəbul olunmaq hüququna malik namizədlərə də avqustun sonu (və ya sentyabrın əvvəli) yenidən ərizə verib imtahanın II mərhələsində iştirak etmələri üçün şərait yaradılacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol