Məktəblərdə "Son zəng"in keçirilməsi qaydası məlum oldu

Azərbaycanda bütün ümumi təhsil müəssisələrində "Son zəng" tədbirlərinin təşkili qaydası müəyyənləşib.
Belə kı, Nazirlər Kabineti yanında Operativ Qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə "Son zəng" tədbirinin 14 iyun 2021-ci il tarixində aşağıda göstərilmiş qaydalara əməl edilməklə təşkil edilməsinə icazə verilir:
- Tədbirin ümumi təhsil müəssisəsinin həyətyanı ərazisində sosial məsafə gözlənilməklə açıq hava şəraitində bir saatdan artıq olmamaqla keçirilməsi;
- Yalnız ümumi təhsil müəssisəsinin 11-ci sinif şagirdlərinin, məktəb rəhbərliyinin və məhdud sayda müəllimin iştirakı ilə keçirilməsi;
Eyni zamanda bildirilir ki, tədbirin qapalı məkanlarda (akt zalları, idman zalları, sinif otaqları, məktəbin foyesi və s) təşkil edilməsinə və tədbirdə valideynlərin iştirakına icazə verilmir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























