• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır - Minimal qiymət 25 avro

Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır - Minimal qiymət 25 avro
12.06.2021 15:40
Rusiyanın "Azimut” Hava Yolları iyunun 19-dan etibarən Rostov-na-Donu, Krasnodar və Mineralnıye Vodıdan Bakıya müntəzəm uçuşlar həyata keçirməyə başlayacaq.

Bu barədə aviadaşıyıcının rəsmi saytında məlumat verilib.
Belə ki, Bakıya Mineralnıye Vodıdan müntəzəm uçuşlar 19 iyun, Krasnodardan isə 26 iyundan etibarən (hər şənbə günü olmaqla) başlanacaq. Rostov-na-Donudan uçuşlar iyunun 23-dən etibarən yaz-yay mövsümüm sonuna qədər çərşənbə günləri həyata keçiriləcək.
Rostov-na-Donu - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 09:15-də Rostov-na-Donudan qalxacaq və 12:20-də Bakıya enəcək. Daha sonra saat 13:20-də isə Bakıdan yola düşəcək və 14:35-də Rostov-na-Donuya eniş edəcək.
Krasnodar - Bakı və əks istiqamətdə cədvəl:

Təyyarə saat 08:10-da Krasnodardan yola düşəcək və 11:10-da Bakıya enəcək. Daha sonra 13:05-də Bakıdan qalxacaq və 13:55-də Krasnodara eniş edəcək.

Mineralnıye Vodi - Bakı və əks istiqamətdə cədvəl:
Təyyarə saat 10:20-də Mineralnıye Vodıdan uçuşa başlayacaq və 13:00-da Bakıya eniş edəcək. Bakıdan isə saat 14:45-də qalxacaq və 15:10-da Mineralnıye Vodıya eniş edəcək.

Qeyd edək ki, biletlər üçün minimum qiymətlər 25 avrodan başlayacaq. Biletlər artıq satışdadır. Cədvəldə saatlar Rusiyanın yerli vaxtı ilə ifadə olunub./Oxu.az


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol