• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda jurnalistlərə dəstək qrupu yaradıldı

Azərbaycanda jurnalistlərə dəstək qrupu yaradıldı
14.06.2021 14:52
Jurnalistlərin və media nümayəndələrinin peşə fəaliyyətini asanlaşdırmaq və onların məlumat mübadiləsini əlçatan etmək üçün yaradılan qrup qısa zamanda ölkənin ən böyük qrupuna çevrildi.

Anews.az xəbər verir ki, "Whatsapp” platforması üzərində yaradılan "Az-Media Müzakirə” qrupu qısa zaman içərisində ölkənin ən böyük qrupuna çevrildi və populyarlıq qazandı.

Belə ki, bir qrup media nümayəndəsi tərəfindən yaradılan qrup artıq maksimum istifadəçi sayına çatdığı üçün artıq "Facebook” üzərindən də yeni qrup formalaşdırmağa başlayıb.

Qrup yaradıcılarından olan tanınmış fotoqraf Valeh Arifoğlu bildirib ki, bu qrupun qısa zaman içərisində belə populyarlıq qazanacağı onun üçün də gözlənilməz olub:

"Qrupu bir neçə həmkarımızla birlikdə yaratdıq. Yaratmaqda məqsədimiz jurnalistlərin, media nümayəndələrinin birliyini, həmrəyliyini təşkil etmək, onların məlumat mübadiləsini asanlaşdırmaq, media sahəsində olan vakansiyaları onlarla bölüşmək, işsiz həmkarlarımızın işlə təmin olunmasına dəstək vermək idi. Qısa zaman içərisində həmkarlarımız tərəfindən rəğbətlə qarşılanacağını gözləmirdik. Çox sevindirici haldır ki, artıq qrup hər kəsin daim köməyinə çatan işlək bir mexanizm halına gəlib. Lakin "Whatsapp”-ın qrup üzvlərinin sayına tətbiq etdiyi limit bizi çox məyus etdi. Çünki qrupa üzv olmaq istəyən onlarla, yüzlərlə həmkarımızı qrupa əlavə edə bilmirik. Ona görə də qərar verdik ki, qrupun fəaliyyətini daha da genişləndirək, daha da təkmilləşdirək. Bu səbəbdən "Facebook” üzərindən yeni qrup yaratdıq. "Facebook” üzərindən yeni yaratdığımıq qrup da artıq media nümayəndələri çox xoş qarşılandı. Ümid edirik ki, bu həm ölkə mətbuatı üçün, həm həmkarlarımız üçün çox faydalı olar”.

"Az-Media” qrupunun yaradıcılarından olan journalist Rövşən Əsədov bildirib ki, qrup media nümayəndələri üçün olduqca faydalıdır:

"Qrup yarandığı ilk günlərdən rəğbət qazandı və həmkarlarımız üçün çox faydalı oldu. Onlar qrup vasitəsilə gün ərzində baş tutacaq tədbirlər, konfranslar barədə bir-birlərini məlumatlandırırlar, tanınmış ictimai-siyasi xadimlərin əlaqə vasitələrini asanlıqla əldə edə bilirlər. Eyni zamanda onlar qarşılaşdıqları çətinlikləri qrupda bildirərək digər həmkarlarımızdan dəstək də ala bilirlər. Biz də yerli media orqanlarında olan vakansiyaları onlarla bölüşürük, həmkarlarımıza maksimum dəstək olmağa çalışırıq. Bəzən çoxsaylı yazışmalar digər qrup üzvlərini rahatsız edir, bu səbəbdən qrupda ciddi nizam-intizam qaydaları tətbiq etmişik. Gələcəkdə həmkarlarımızın qarşılaşdığı çətinliklərlə bağlı ciddi adımlar atmaq üçün qrupun fəaliyyətini rəsmiləşdirməyi də düşünürük”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol