• $
  • €
  • ₽
  • ₺
  • £

"Atam yanımda olsaydı..." - Polad Həşimovun qızı məzun oldu

"Atam yanımda olsaydı..." - Polad Həşimovun qızı məzun oldu
14.06.2021 16:54
Bu gün Azərbaycanda bütün ümumtəhsil müəssisələrində "Son zəng” tədbirləri keçirilib. Builki məzunlar sırasında Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova da var.

Aybəniz Həşimova məzun kimi ilk təəssüratlarını bölüşüb:

"Mən ibtidai sinifdə oxuyarkən həmişə 11-ci siniflərə həsədlə baxırdım. Düşünürdüm ki, görəsən məzun olub o sırada dayanmaq, tələbə adını qazanmaq necə bir hissdir? Nəhayət, mən də həmin hissi yaşadım. Yəqin ki, bütün məzunlar belə düşünür: böyümüşük, artıq orta məktəblə vidalaşmalıyıq. Yəqin  ki, tezliklə fərqli bir mühitə düşəcəyik”.

Ali təhsil almaq planlarından danışan Aybəniz Həşimova deyir ki, 4-cü ixtisas qrupu üzrə imtahanlara hazırlaşır:

"Azərbaycan Tibb Universitetinə hazırlaşıram. Buraxılış imtahanında nəticəm gözlədiyimdən daha da yaxşı oldu. 280 bal topladım.

Tibb elmini, ümumilikdə biologiyanı dərinliyinə qədər öyrənmək istəyirəm. Universiteti də oxumaqda əsas məqsədim budur. Əvvəlcə istəyim odur ki, sevdiyim ixtisas üzrə peşəkarlaşım, daha sonra həmin ixtisas üzrə iş sahibi olum”.

Milli Qəhrəmanın qızı bildirib ki, bu anlarda atasının onun yanında olmasını çox istəyərdi:

"Buraxılış imtahanının nəticələri açıqlananda çox istəyirdim ki, atam da yanımda olsun. Təəssüf ki, belə olmadı. Düşünürəm ki, atam yanımda olsaydı,  həmişəki zarafatlarını edərdi. O, həmişə imtahan nəticəm çıxanda zarafat edir, əhvalımı daha da yüksəldirdi. Atam hər zaman işə yaxşı tərəfdən baxar, mənə dəstək olub uğuruma sevinərdi”.(modern.az)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol