• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan Ağdamda milyonlarla dollara qənaət edə bildi” - Erməni polkovnik

“Azərbaycan Ağdamda milyonlarla dollara qənaət edə bildi” - Erməni polkovnik
14.06.2021 22:13
"Müdafiə Nazirliyinin nümayəndələri mənə deyirdilər ki, onlarda minalanmış ərazilərin xəritəsi yoxdur. Çünki rayonlar kütləvi şəkildə 90-cı illərdə minalanıb deyə əldə dəqiq xəritə qalmayıb".

Anews.az unikal.org-a istinadən bildirir ki, bu barədə erməni polkovnik Boris Avaqyan Azərbaycanın Ermənistandan mina xəritələrini almasına münasibət bildirərkən deyib. 

Onu sözlərinə görə, əgər bütün xəritələri təqdim etsəydilər, yalnız 15 nəfər deyil, digər "hərbi əsirlər" də İrəvana qayıtmış olardı. Digər  tərəfdən Avaqyan hesab edir ki, Azərbaycanın Ağdamı tam bərpa etməsi üçün 15 il lazım gələcəkdi:

"Paşinyanın sayəsində nəinki bu vaxt azaldı, hətta İlham Əliyev burada milyonlarla dollara qənaət edə bildi. Əgər sizin əlinizdə dəqiq xəritə yoxdursa, təyin edilmiş müəyyən bir kiçik ərazini təmizləmək üçün azı 1000 dollar xərcləməlisiniz. Ağdamda 100 min belə xüsusi ərazi var. Buna görə 100 milyon dollarlıq qənaət qazandılar. Paşinyan bu dəyəri bütün əsirlərlə deyil, 15 nəfərlə dəyişdi".

Qeyd edək ki,  iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bunun müqabilində 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol