• $
  • €
  • ₽
  • ₺
  • £

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun reallaşacağı tarix AÇIQLANDI

Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun reallaşacağı tarix AÇIQLANDI
16.06.2021 12:29
"Füzuli Beynəlxalq Hava Limanında ilk sınaq uçuşunun sentyabrın 5-də keçirilməsi planlaşdırılır”.

Bu sözləri jurnalistlərə açıqlamasında AZAL-ın nümayəndəsi Valeh Əmiraslanov deyib. 

O bildirib ki, yanvar ayının 14-də başlayan işlər çərçivəsində geniş fizolajlı hava gəmilərinin qəbul olunması üçün uzunluğu 3 km, eni 60 m olan uçuş-enmə zolağının torpaq yatağının hazırlanması işləri tamamlanıb:


"Hazırda əsas layın asfalt beton örtüyünün salınması işləri davam etdirilir.


Sahəsi 60 min kvadrat metr olan səkkiz hava gəmisini saxlaya biləcək peronun tikintisinin torpaq yatağı tamamlanmaq üzrədir. Terminal binasında dəmir beton konstruksiyaların quraşdırılma prosesi gedir. Italiya istehsalı olan dam örtükləri Artıq Azərbaycana gətirilib, Türkiyədən sifariş olunan fasad elementləri isə gətirilmək üzrədir”.


AZAL rəsmisinin sözlərinə görə, hava hərəkətinin təmin edilməsi üçün qüllənin tikintisinin dəmir beton konstruksiya işlərinin 1 həftə ərzində yekunlaşdırlması planlaşdırılır. 


"İstifadə olunan avadanlıqların hamısı Avropa istehsalıdır və testdən keçirilərək Bakıya gətirilib. Bu sahədə beton özüllərin quraşdılrması isə bu ayın sonuna planlaşdırılır. Uçuş-enmə zolağında tikinti işləri sentyabrın 5-nə kimi tamamlanacaq”, - deyə V.Əmiraslanov qeyd edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol