• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda qəsəbə qara tüstüyə büründü

Bakıda qəsəbə qara tüstüyə büründü
28.05.2020 18:11
Metaləritmə sexinin tüstüsü qəsəbə sakinlərinin gününü qara edib

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, demək olar ki, qara tüstüyə bürünüb.ANS TV-nin məlumatına görə, 16-cı mədən küçəsinin sakinləri deyirlər ki, metaləritmə sexinin tüstüsü onların gününü qara edib, amma bununla da iş bitməyib, hətta evlərin həyətyanı sahələrində yaşıl bitkilər qaralıb, ağ göyərçin də rəngini dəyişməyə başlayıb. Üstəgəl sexin çirkab suları evlərin həyətyanı sahəsindən keçdiyinə görə həyət-bacada ev quşları, hətta ev iti belə saxlamaq mümkünsüzləşib.Ərazidə kimi evini satıb, kimisə başqa bir yerdə kirayə qalmaq məcburiyyətində qalıb. Sakinlər deyirlər ki, son iki ildə metaləritmə sexinin tüstüsü onlara rahatlıq vermir. Bundan başqa onu da bildirdilər ki, bizim gəlişimizlə əlaqədar sex fəaliyyətini müvəqqəti dayandırıb. Ancaq buna baxmayaraq sakinlər sexin tüstüsünü ətrafı bürüyən vaxt çəkə biliblər.Axşam saatlarında ağır tonnajlı yüklərin metal boruların yerə çırpılması nəticəsində evlərdə çatlar yaranıb. Bununla bağlı aidiyyatı qurumlara da müraciət edilib.Elə biz də şikayətçilərlə bərabər sexə girib bütün bu problemlərin nə vaxt aradan qaldırılacağını öyrənmək istədikdə qapıda bizi özünü mühafizəçi kimi təqdim edən şəxs qarşıladı. Çəkilişə icazə vermədi və bildirdi ki, problem bu ayın sonuna qədər həll olunacaq.Bu cavabla kifayətləməyib Suraxanı Rayon İcra Hakimiyyətinə üz tutduq. Qurumun sektor müdiri Altun Quliyevin sözlərinə görə, ötən gün rayon icra hakimiyyətinin başçısı sözügedən ünvanda yaşayan sakinləri qəbul edib, onların problemini dinləyib. Artıq bu həftə ərzində problemin həlli üçün konkret addımlar atılacaq.Suraxanı RİH-nin sektor müdiri Altun Quliyev onu da bildirdi ki, həmin yerdə sex Hüseyn MMC-yə məxsusdur. Və bu zavodun hansı növ istehsalla məşğul olması tam surətdə araşdırılacaq. ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol