• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan elektrik enerjisini istehsalını artırıb

Azərbaycan elektrik enerjisini istehsalını artırıb
17.06.2021 19:30
Bu ilin may ayında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 81 milyon kVt·st və yaxud 4,3% artaraq 1 980 milyon kVt·st olub.

Bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Məlumata görə, ay ərzində elektrik enerjisinin ixracı 16 milyon kVt·st, idxalı isə 29 milyon kVt·st təşkil edib.

2021-ci ilin yanvar-may aylarında isə respublikada elektrik enerjisinin istehsalı 10 928 milyon kVt·st olub. Ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 20 milyon kVt·st artaraq 10 115 milyon kVt·st, SES-lərdə 110 milyon kVt·st artaraq 659 milyon kVt·st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2 milyon kVt·st artaraq 154 milyon kVt·st olub. Bu dövrdə külək elektrik stansiyalarında 39 milyon kVt·st, günəş elektrik stansiyalarında 20 milyon kVt·st, bərk məişət tullantılarının yandırılması zavodunda 95 milyon kVt·st elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı "Azərenerji” ASC üzrə 9 791 milyon kVt·st (İES-lərdə 9 209 milyon kVt·st, SES-lərdə 582 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161 milyon kVt·st (İES-lərdə 74 milyon kVt·st, SES-lərdə 69 milyon kVt·st, GES-də 19 milyon kVt·st), müstəqil elektrik stansiyaları üzrə 948 milyon kVt·st, "Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28 milyon kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin idxalı 77 milyon kVt·st olub. İrandan 14 milyon kVt·st, Rusiyadan 39 milyon kVt·st, Gürcüstandan isə 23 milyon kVt·st elektrik enerjisi idxal edilib.

Cari ilin 5 ayı ərzində elektrik enerjisinin ixracı 570 milyon kVt·st olmaqla, ötən ilin müvafiq dövrü ilə müqayisədə 48 milyon kVt·st artıb. İrana 14 milyon kVt·st, Türkiyəyə 13 milyon kVt·st, Rusiyaya 39 milyon kVt·st, Gürcüstana isə 503 milyon kVt·st elektrik enerjisi ixrac edilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol