• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı Körpü”nün eks-baş inspektoru məhkəmə zalında həbs edildi

“Qırmızı Körpü”nün eks-baş inspektoru məhkəmə zalında həbs edildi
17.06.2021 11:23
Dövlət Gömrük Komitəsinin "Qırmızı Körpü” postunun baş inspektoru işləmiş Pərviz Hüseynov rüşvət almaqda ittiham edilərək həbs edilib.


Onun ittiham olunduğu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.


İttihama görə, Türkiyədən Azərbaycana sərnişin daşıyan "Lüks İstanbul" firmasına məxsus "Mersedes Benz Travego" markalı, 34 VY 3100 nömrə nişanlı sərnişin avtobusunun "Qırmızı Körpü" gömrük postunda yoxlama zamanı yük yerində "metal borular" aşkar olunub.


Avtobusun sürücüsü Sağlam Yücel Receb oğlu bildirib ki, o həmin "metal borular" adlı yükün gömrük postundan keçirilməsində köməklik göstərilməsi üçün "Qırmızı Körpü" gömrük postunun inspektoru Pərviz Hüseynova 400 ABŞ dolları məbləğində pul verib və yoxlama nəticəsində fakt öz təsdiqini tapıb. Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrinə əsasən, Hüseynov Pərviz Bəhruz oğlu dərhal tutduğu vəzifədən azad edilib.


Pərviz Hüseynov məhkəmədə ifadə verərək rüşvət almadığını deyib. O bildirib ki, xəstə olduğu üçün özünü itirib: "2012-ci ildən epilepsiya xəstəliyindən müalicə olunuram. Həmin gün də bir neçə saat əvvəl tutmalarım olmuşdu, dərman qəbul etmişdim.


Dərmanın təsirindən fikrim dağınıq idi. Gömrük Komitəsinin digər əməkdaşları Elçin və Pərviz Türkiyə vətəndaşının mənə verdiyi pulları istəyəndə fikrim dağınıq olduğundan özümə məxsus olan 400 ABŞ dollarını cibindən çıxardıb onlara verdim və həmin pulun Türkiyə vətəndaşının verdiyini dedim”.


Hakim Faiq Mahmudovun hökmü ilə Pərviz Hüseynov 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol