• $
  • €
  • ₽
  • ₺
  • £

“Yüngül cinayətlər” restoranı cərimələndi - SİYAHI

“Yüngül cinayətlər” restoranı cərimələndi - SİYAHI
17.06.2021 17:05
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 421 ictimai iaşə obyektində 746 monitorinq keçirib.


AQTA-dan Anews.az-a verilən məlumata görə, monitorinqlər zamanı 12 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.


Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:


1. Bakı şəhəri, Səbail rayonu‎, T.Xəlilbəyli 3 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ağaverdi Adil oğluna məxsus "Mado Yapon” restoranı;


2. Bakı şəhəri, Səbail‎ rayonu‎, İstiqlaliyyət 51 ünvanında yerləşən, hüquqi şəxs "Fbco" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Gloria Jeans Coffee” kafesi;


3. Bakı şəhəri, Xəzər rayonu, Şağan ŞTQ, ev 25‎ ünvanında yerləşən, fiziki şəxs Nəcəfov İlqar Tofiq oğluna məxsus "Xan Çinar” kafesi;


4. Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla 49Q, m 59 ünvanında yerləşən, fiziki şəxs Kazımova Könül Əliağa qızına məxsus kafe;


5. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 162 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus "Pakdad” restoranı;


6. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vurğun 25 ünvanında yerləşən, fiziki şəxs "Beat Restaurants" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Yüngül cinayətlər” restoranı;


7. Bakı şəhəri, Yasamal rayonu, H.Cavid pr, 556/557 məhəlləsində yerləşən, fiziki şəxs Keklik Emin Mehmet oğluna məxsus "Böyük Firat” restoranı;


8. Bakı şəhəri, Binəqədi rayonu, Ş.Məmmədov 117‎ ünvanında yerləşən, fiziki şəxs Əliyev Elvin Elçin oğluna məxsus restoran;


9. Bakı şəhəri, Nərimanov ‎rayonu, Heydər Əliyev 103 C, m 2 ünvanında yerləşən, fiziki şəxs Yahyayev Şaiq Faiq oğluna məxsus "İcon Karoke” kafesi;


10. Quba rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Rzayev Xoşbəxt Zeynalabdin oğluna məxsus restoran;


11. Gəncə şəhəri, H.Əliyev pr. 363 ünvanında yerləşən, fiziki şəxs İsmayılova Elnurə Asim qızına məxsus kafe;


12. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Mirzəyev Tahirmirzə İsmət oğluna məxsus kafe.


Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə müvafiq tədbirlər görüləcəkdir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol