• $
  • €
  • ₽
  • ₺
  • £

“Bandotdel” əməliyyat keçirdi - Həbs olunanlar var

“Bandotdel” əməliyyat keçirdi - Həbs olunanlar var
28.05.2014 12:25
DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları qanunsuz qumarxana fəaliyyətinin qarşısını alıb."Qafqazinfo"ya DİN-dən verilən məlumata görə, Baş İdarə əməkdaşlarının Gəncə şəhərində keçirdiyi əməliyyat tədbirləri zamanı Cavadxan küçəsi 12 ünvanda qanunsuz “onlayn” qumar oyunlarının təşkil edilməsi aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri – 21 yaşlı Vüsal Məmmədzadə, 37 yaşlı Namiq Abbasov və 50 yaşlı Nofəl Rəfibəyli əvvəlcədən əlbir olaraq obyekti icarəyə götürüblər və burada müxtəlif qumar oyunları təşkil ediblər. Obyektə baxış zamanı daha 7 nəfər vətəndaşın da qanunsuz qumar oyunlarında iştirakı müəyyənləşib. Vüsal Məmmədzadə ifadəsində bildirib ki, o, qanunsuz futbol proqnozları vermək adı ilə vətəndaşlardan külli miqdarda pul yığıb. Araşdırmalarla daha sonra müəyyən edilib ki, Namiq Abbasov isə obyektin bir hissəsində qanunsuz loto-kazino təşkil edib. Namiq Abbasov da bu yolla vətəndaşların külli miqdarda pulunu mənimsəyib. Əməliyyatçılar obyektdən qumar oyun proqramları yazılmış kompüter dəstləri, monitorlar, qumar kuponları çap edən xüsusi printerlər, külli miqdarda oyun kuponu və nəğd pul aşkarlayaraq götürüblər. Saxlanılan 3 nəfər barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə iş açılıb, istintaq araşdırmaları aparılır. Həmçinin qumar oyunlarında iştirak edən digər şəxslər barəsində də qanunla nəzərdə tutulmuş qaydada ölçü götürülüb. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol