İlham Əliyev Bakıda “Intercontinental” otelinin açılışında iştirak edib

İyunun 18-də Bakıda beşulduzlu "Intercontinental” otelinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
Əvvəllər bu ərazidə "Cənub” mehmanxanası yerləşirdi. İndi onun yerində gözoxşayan memarlıq üslubunda yeddimərtəbəli "İntercontinental” oteli inşa olunub. Bu gün dünyada pandemiyanın davam etməsinə, iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm sosial-iqtisadi infrastuktur layihələrinin icrası uğurla davam edir. Müasir səviyyədə inşa olunan "İntercontinental” otelinin istifadəyə verilməsi bunun daha bir təzahürüdür.
Ölkəmizdə turizmin böyük gələcəyinin olduğunu daim vurğulayan dövlətimizin başçısı hələ neçə illər bundan əvvəl Azərbaycanda ən müasir otellərin, o cümlədən məşhur dünya brendlərinə aid mehmanxanaların inşasının vacibliyini qeyd edirdi. Həyat Prezident İlham Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi. Pandemiyadan əvvəlki son illərdə Azərbaycanda turizmin inkişafı böyük vüsət aldı. Lakin bütün dünyada olduğu kimi, COVID-19 virusunun sürətlə yayılması ölkəmizdə də turizmin inkişafına ciddi maneə yaratdı. İndiki şəraitdə yeni otellərin istifadəyə verilməsi Azərbaycanda uzaqgörən siyasətin həyata keçirilməsinin bariz göstəricisidir.
Yaradılan müasir otel idarəçiliyi ölkəmizə beynəlxalq səviyyəli bir çox mehmanxana brendlərinin gəlməsi ilə nəticələnib. Bu isə bütün sahələrdə olduğu kimi, turizm, o cümlədən bu sektorun əsasını təşkil edən müasir otel sisteminin yaradılması istiqamətində dövlət səviyyəsində görülən işlər hesabına mümkün olub. Ümumilikdə, müasir otellərin istifadəyə verilməsi bir neçə mühüm amili özündə ehtiva edir. Onlar turizm sektorunun inkişafına dəstək, otel biznesinin genişləndirilməsi, turistlərin rahatlığının təmin olunması, yeni iş yerlərinin yaradılması və Bakının ümumi inkişafına verilən töhfədir.
Burada "Lamborghini Bakı Mərkəzi”nin satış salonu da yaradılıb. Salonda müştərilərə yüksək xidmət göstərmək üçün geniş imkanlar var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























