• $
  • €
  • ₽
  • ₺
  • £

Evli tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Onun əri narkomandır”

Evli tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Onun əri narkomandır”
18.06.2021 18:21
Millət vəkili Elman Nəsirovla bağlı günlərdir sosial şəbəkələrdə, bir sıra saytlarda qalmaqallı xəbərlər yayılır.  Belə ki, deputatın öz tələbəsi ilə eşq yaşadığı, evli xanımın ailəsini dağıtdığı iddia edilir.


AZXEBER.COM xəbər verir ki, cəmiyyətdə ciddi narazılıq yaradan bu qalmaqallı iddia ilə bağlı deputat Elman Nəsirov Manşet.az-ın suallarını cavablandırıb.


Elman müəllim xanım tələbənizlə bağlı yayılan xəbərlərə münasibətiniz necədir?


-Tələbəm deyil, Qərb universitetində oxuyub o xanım. Boş söhbətlərdir. Demişəm, tapsınlar xanımın özünü, reaksiya versin.


Sizin evli xanımla yazışdığınız iddia olunur. Yayılan məlumat doğrudur?


-Bunlar hamısı yalan məlumatdır, "fiktivni”dir. Kişi manyakdır, onun əri narkomandır. Qadın məhkəmədə iddia qaldırıb, əmlak bölgüsü tələb edir. Xanım ondan çoxdan ayrılıb.  Bu kişi də istəyir ki,  keçmiş arvadını əxlaqsız çıxarsın, uşaqlarını əlindən alsın. İddiası olmasın. Belə ər olar, belə kişi olar? Qadın  parlamentə müraciət edib, biz də Ədliyyə nazirliyinə göndərmişik. Baxılar və cəzalandırarlar.


Konkret mesajların sizin profilinzdən yazıldığı bildirilir. Bu barədə nə deyə bilərsiniz?


-Mənim profilim olmayıb.


Hamı o yazışmaların sizin profilinizdən göndərildiyini deyir. Bu necə olur?


-Bu mövzu haqda danışmaq istəmirəm. Qadın danışanda məsələyə aydınlıq gələcək .


Burda sizə qarşı ciddi ittiham var. Bu barədə fikirləriniz maraqlıdır.


-Burda ciddi ittiham yoxdur. Mən deputatam. Mənə məktub göndəriblər. Mən də göndərmişəm baxılması üçün. Qadın danışsın, sonra bəlli olacaq ki, bu dözülməz şəraitdə yaşayıb. Manyakdır, uşaq döyüb. Kimə qarşı qadın şikayət etsə, onu ittiham eləyir. Bax belə… Mənim 3 dəfə, hər iki ildən bir profilimi sındırıblar. Saxta profil açıblar.


Adıçəkilən adam sizi bununla bağlı məhkəməyə verib?


-Yox qətiyyən. Siz nə danışırsınız. Bu adam dözülməz bir adam olub. Qadın onu məhkəməyə verib. Hazırda onların Suraxanıda məhkəməsi gedir.


Elman müəllim, qadının əri iddia edir ki, sizinlə yazışmasını tutandan sonra boşanmaq üçün məhkəməyə müraciət edib. Bu barədə nə söyləyə bilərsiniz?


-Qadının yazdığna görə bunlar çoxdan ayrılıblar. İş məhkəmədədir. Qadına hazırda zəng çatmır ki, bunlara cavab versin. Siz təsəvvür edin, əgər o qadın jurnalist kimi sizə müraciət etsə, ona kömək edin. Onda oğlan sizi ittiham edəcək ki, jurnalistlə görüşürsən. Özü də həmin adam haqda narkoman, aqressiv, hakimiyyəti pisləyən, evdə də ancaq bu ruhda danışırlar.


Belə məlumatlar var ki, Milli Məclisin İntizam Komisiyyası sizin bu məsələyə baxacaq. Bu məlumat doğrudur?


-Bu yalan məlumatdır. Belə bir məlumat yoxdur.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol