Vilayət Eyvazov Qulam İsakzaini qəbul edib

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov missiyasının sona çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Qulam İsakzaini qəbul edib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazir qeyd edib ki, təkcə son 5 ildə respublikada və ayrı-ayrı xarici dövlətlərdə BMT-nin təşəbbüsü ilə keçirilən müxtəlif tədbirlərdə Azərbaycan Respublikasının daxili işlər orqanlarının 200-ə yaxın əməkdaşı fəal iştirak edib.
Bu əlaqələrin genişlənməsinə, eləcə də ölkəmizdəki fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə BMT arasında münasibətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirən general-polkovnik V.Eyvazov Q.İsakzaiyə təşəkkürünü bildirib və bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























