• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda su itkisinin həcmi açıqlanıb

Azərbaycanda su itkisinin həcmi açıqlanıb
19.06.2021 22:30
"Azərbaycanın meliorasiya və su təsərrüfatı sahəsində müəyyən çətinliklər yaşanır. Bu, bildiyiniz kimi su təsərrüfatında sistemin köhnə olması ilə bağlıdır".

Bunu "Report”a Azərbaycan "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədr müavini Rafiq Aslanov deyib.

R.Aslanov bildirib ki, sovet dövründə tikilmiş su anbarları, kanallar istismar müddətini başa vurublar: "Bununla bağlı olaraq su istifadəsində çox itkilərə yol verilir. "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib. İndiyənədək suvarmada köhnə üsuldan çox istifadə edilib. Tədbirlər Planını tədricən həyata keçirməklə sudan həm qənaətlə, həm də səmərəli istifadə təmin ediləcək. Bundan başqa, əlavə su mənbələrinin yaradılması ilə bağlı işlərə başlanılıb”.

Onun sözlərinə görə, bütün dünyada su qıtlığı yaşanır: "Son 10-15 il ərzində dünyada 15 %-ə qədər su qıtlığı müşahidə edilir. 2050-ci ilə qədər də su qıtlığı davam edəcək. Buna rəğmən biz çalışmalıyıq ki, ölkə ərazisində su ehtiyatlarını toplayaq, səmərəli istifadə edək, su itkisinə yol verməyək. Bununla yanaşı, iqtisadiyyatımız son illər dinamik inkişaf edir. Yəni, yeni əkin sahələri dövriyyəyə cəlb edilir. Mövcud şəbəkələrin 70-73 %-i torpaq məcralı kanallardır. Burda da su istifadəsində itkilərə yol verilir.

Digər tərəfdən selləmə suvama üsülundan istifadə edilir. Bu, bizim işimizi çətinləşdirir. Su istifadəçiləri üçün maarifləndirmə işi aparırıq ki, onlar selləmə suvarma qaydasından az istifadə etsinlər. Damcılı suvarmadan istifadə edilməlidir. Suni yağış yağdırmaqla suvarmanı həyata keçirməklə biz su itkisinin qarşısını ala bilərik. Respublikada su balansı təsdiq edilib, 30-32 % su itkisinə yol verilir. Hesab edirəm ki, suyun dəqiq istifadəsini hesablasaq su itkisi yuxarıda qeyd edilən göstəricidən də çox olar. Qeyd edim ki, meliorasiya və su təsərrüfatının xətti ilə təqribən 10 milyard kubmetr su götürülür, 7 milyard kubmetr sudan səmərəli istifadə edilir, təqribən 3 milyard kubmetri isə itkilərə gedir”.

Xatırladaq ki, "Meliorasiya və Su Təsərrüfatı" ASC bu yay üçün suvarmada əsas proqnozlarını açıqlayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol