• $
  • €
  • ₽
  • ₺
  • £

Şəhid ailəsinə verilən qoyunlar xəstə çıxdı - RƏSMİ AÇIQLAMA

Şəhid ailəsinə verilən qoyunlar xəstə çıxdı - RƏSMİ AÇIQLAMA
21.06.2021 17:56
Sosial şəbəkələrdə Biləsuvar rayonundan olan şəhid ailəsi Süleyman Mahmudova rayonun Məşğulluq İdarəsi tərəfindən verilmiş qoyunların 3 gün ərzində xəstələnməsi barədə məlumat yayılıb. Bildirilir, bu müddətdə heyvanlardan biri tələf olub, qalanlarının da vəziyyəti yaxşı deyil.


Məsələyə Dövlət Məşğulluq Agentliyi tərəfindən reaksiya verilib.


Məlumatda bildirilir ki, Biləsuvar rayon sakini Süleyman Mahmudova Dövlət Məşğulluq Agentliyi tərəfindən xəstə heyvanlar verilməsi ilə bağlı bəzi sosial şəbəkələrdə yayılan iddia həqiqəti əks etdirmir. Belə ki, vətəndaş bir müddət əvvəl öz istəyi əsasında özünüməşğulluq proqramına cəlb edilib və postmüharibə tədbirləri çərçivəsində növbədənkənar şəkildə 20 qoyun, 1 qoç və 400 kq yem ilə təmin olunub. S.Mahmudova aktivlər təqdim olunan zaman heyvanların sağlamlığına dair rəsmi baytarlıq rəyi ilə təhvil-təslim aktı tərtib edilib, vətəndaşla məşğulluq mərkəzi arasında müqavilə imzalanıb. Vətəndaşa heyvanlar təqdim edilən zaman tam sağlam və təsərrüfat artımına yararlı olub. Üstəlik Süleyman Mahmudov ona təqdim edilən heyvanları şəxsən özü seçib və razılığını bildirib. Bunu təqdim edilən videoda da əyani görmək olar.


 Dövlət Məşğulluq Agentliyi tərəfindən Süleyman Mahmudovun həyat yoldaşı Dürdanə Əliyevanın da məşğulluğu təmin edilib. Belə ki, D.Əliyeva 2020-ci ildə haqqı ödənilən ictimai işlərə cəlb edilib və hazırda çalışır.(konkretaz)


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol