Restoranda yanğın baş verdi

Şabran rayonunda restoranda yanğın olub.
Anews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı qısa müddət ərzində alınaraq tam söndürülüb.
İlkin məlumata görə, restorana aid ərazidə ümumi sahəsi 330 kvadrat metr tikilinin yanar konstruksiyaları və açıq ərazidə 0,2 ha sahədə quru ot yanıb. Restoranın ərazisində olan digər tikililər (ümumi sahəsi 460 kvadrat metr) yanğından mühafizə olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























