Qohumunu gülləyən şəxsə cinayət işi açılıb

İyunun 21-i saat 20 radələrində 1971-ci il təvəllüdlü Mirqiyas Mirmövsümovun xəsarət alması barədə rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qohumu 1987-ci il təvəllüdlü Fuad Zaidovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Mirqiyas Mirmövsümova odlu silahdan atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Fuad Zaidov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























