• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Eyvazov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ilə görüşüb

Vilayət Eyvazov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ilə görüşüb
22.06.2021 13:49
İyunun 22-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-dən verilən məlumata görə, qonağı salamlayan nazir strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini məmnunluqla qeyd edib.

General-polkovnik Vilayət Eyvazov qonağa ölkəmizdəki mövcud kriminogen durum, həyata keçirilən islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilən nəticələr barədə qısa məlumat verib.

İki ölkənin daxili işlər nazirlikləri arasında səmərəli əməkdaşlığa söykənən ikitərəfli münasibətlərin mövcudluğunu diqqətə çatdıran nazir V.Eyvazov imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə və xüsusilə insan alverinə qarşı mübarizədə birgə səylərin göstərildiyini, əməliyyat məlumatlarının mübadilə olunduğunu da bildirib.

O, eyni zamanda hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində də uğurla həyata keçirildiyini və DİN-in Daxili Qoşunları ilə Pakistanın Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatı arasında hərbi maddi-texniki sahədə yaradılmış əlaqələrin uğurla davam etdirildiyini vurğulayıb.

Səmimi qəbula, ətraflı məlumata görə təşəkkür edən ordu generalı cənab Qamar Caved Bacva dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.

Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol