Nöqsan aşkarlanan xəstəxanaların adları məlum olub - SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bir sıra tibb müəssisələrində keçirdiyi yoxlamalar nəticəsində 8 xəstəxanada ciddi nöqsanlar aşkarlanıb.
"Report” həmin tibb müəssisələrinin siyahısını əldə edib.
Nöqsan aşkarlanan xəstəxanalar aşağıdakılardır:
- Siyəzən Müalicə Diaqnostika Mərkəzi
- Saatlı Rayon Mərkəzi Xəstəxanası
- Hacıqabul Rayon Mərkəzi Xəstəxanası
- Göygöl Rayon Xəstəxanası
- Samux Rayon Xəstəxanası
- Biləsuvar Rayon Xəstəxanası
- Lənkəran Rayon Xəstəxanası
Qeyd edək ki, TƏBİB tabeliyində olan tibb müəssisələrində xəstələrin qidalanma rejiminin təşkili, təmin olunan ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar–gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunmasının qiymətləndirilməsi məqsədilə aprel ayından etibarən yoxlamaların həyata keçirilməsinə başlanılmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























