• $
  • €
  • ₽
  • ₺
  • £

AQTA-nın toylarda keçirəcəyi monitorinqlərin detalları açıqlandı

AQTA-nın toylarda keçirəcəyi monitorinqlərin detalları açıqlandı
22.06.2021 15:49
"Şənlik mərasimlərində aparılacaq monitorinq tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara riayət olunmasına nəzarət ediləcək”.

Bunu "Report”a açıqlama Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Əkbər Əliyev bildirib.

O qeyd edib ki, monitorinq zaman "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər”ə riayət olunması məsələsi yerindəcə qiymətləndiriləcək: "Personalın COVID-19 pasportuna malik olub-olmaması, qoruyucu maska taxıb-taxmamaları və s. tələblər əməkdaşlarımız tərəfindən monitorinq ediləcək. Şənlik mərasimlərinin keçirilməsinə məsuliyyəti həm məclis sahibi, həm də ictimai iaşə müəssisəsinin rəhbəri daşıyırlar”.

Şöbə müdiri deyib ki, yoluxmaların azalmasına səbəb əks-epidemik tədbirlər və vaksinasiya prosesidir: "Bunun nəticəsində müəyyən yumşalmalara gedilib. Bütün bunları nəzərə alaraq vətəndaşlara və sahibkarlara müraciət edirik ki, qoyulan tələblərə ciddi əməl etsinlər. Monitorinqlər zamanı aşkar olunacaq nöqsanlarla bağlı inzibati tədbirlər həyata keçiriləcək. Qoyulacaq tələbləri pozan sahibkarlıq subyektlərinə qarşı sərt tədbirlər görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti iyulun 1-dən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində koronavirus infeksiyasının idarə olunması ilə bağlı nəzarəti təmin etmək məqsədilə müntəzəm yoxlamalar aparılacaq. Monitorinq qrupları təşkil edəcək qurumlardan biri də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyidir.

50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirakçılardan COVID-19 pasportu tələb olunmayacaq. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağan edilir. Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 0:00-dan gec olmamaq şərtilə), qonaq sayı barədə məlumatlar icaze.e-gov.az portalına daxil edilməlidir. Portal üzərindən qeydiyyata salınmayan və barəsində müvafiq məlumat daxil edilməyən şənlik mərasimlərinin keçirilməsi qadağandır.

İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə, vəzifəli şəxslər 4000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Hüquqi şəxslər tərəfindən pozuntu halı təkrar baş verdiyi təqdirdə şənlik mərasimi keçirilən müəssisənin fəaliyyətinin dayandırılmasına dair qanunvericiliklə müəyyən edilmiş hallarda qərar qəbul edilə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol