• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyədə azərbaycanlı yutuber haqqında həbs qərarı çıxarıldı

Türkiyədə azərbaycanlı yutuber haqqında həbs qərarı çıxarıldı
22.06.2021 23:11
Türkiyənin İstanbul şəhərinin Bağcılar səmtində su satan uşaqla bağlı çəkdiyi video kəskin reaksiyalara səbəb olan azərbaycanlı yutuber Fariz Baxşəliyev haqqında məhkəmə saxlanılma qərarı çıxarıb.

"Qafqazinfo” xəbər verir ki, bundan əvvəl çəkdiyi sözügedən videonun qurama olduğu müəyyənləşdirilən yutuberin "xalqı kin və düşmənliyə təhrik və ya alçaltma”ğa görə 1,5 il həbsi tələb edilmişdi.

Bakırköy Cəza Məhkəməsində keçirilən prosesə müttəhimin vəkili qatılıb.

"O, ölkə xaricində də fəaliyyət göstərən bir yutuberdir. Ən azından xaricdəki çəkimlərini yerinə yetirməsi üçün haqqındakı tədbirlərin ləğvini tələb edirik. Nəticədə, anası Türkiyə vətəndaşıdır”.
Məhkəmə cəlbindən yayındığı üçün izahatı alınmayan Fariz haqqında həbs qərarı çıxarıb. Vəkilin tələbi isə rədd edilib.

Qeyd edək ki, sözögedən videoda salfet və su satan səkkiz yaşlı uşağın yanına gələn yutuber Fariz Baxşəliyev ac olduğunu bildirərək, uşaqdan kömək istəyib.

Videonun yayılmasından sonra hərəkətə keçən İstanbul Təhlükəsizlik Müdirliyi Uşaq Şöbəsinin axtarışları nəticəsində videonun uydurma olduğu üzə çıxıb. Bakırköy Baş Prokurorluğu azyaşlı uşağı istifadə edərək videoya çəkən və sosial media hesabında paylaşan Fariz Bəxşəliyev haqqında istintaq başladıb.

Azyaşlı uşağın anası isə bildirib ki, Fariz onun böyük oğlunun dostu olub və kiçik oğlunu da əyləncəli bir videoya çəkəcəyini bildirərək onları aldadıb. 

Qeyd edək ki, Farizin Yutubda 600 minə yaxın izləyicisi var. Sözügedən video bu ilin yanvarında çəkilib.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol