59 yaşlı kişi həmyerlisini bıçaqladı

Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəyəm qəsəbəsində baş verib.
1962-ci il təvəllüdlü Arzuman Məmmədov şəxsi münasibətlər zəminində həmyerlisi, 1965-ci il təvəllüdlü Şahmar Qurbanova bıçaqla xəsarət yetirib. Şahmar Qurbanov əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən Arzuman Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























