• $
  • €
  • ₽
  • ₺
  • £

Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib

Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24.06.2021 10:36
Hərbi Dəniz Qüvvələrində (HDQ) 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə HDQ komandanı kontr-admiral Sübhan Bəkirov çıxış edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və 44 gün davam Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb.

HDQ komandanı Vətən müharibəsində qazanılan Qələbə və qarşıdan gələn 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə şəxsi heyəti təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Sonda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Cəsur döyüşçü” və "Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş hərbi qulluqçulara medallar, xidmətdə fərqlənən digər hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol