• $
  • €
  • ₽
  • ₺
  • £

Kəlbəcərdə bayram tədbiri keçirilib

Kəlbəcərdə  bayram tədbiri keçirilib
24.06.2021 10:45
Azərbaycan Silahlı Qüvvələrinin 103-cü ildönümü münasibətilə azad edilmiş ərazilərdə yerləşən bölmələrdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.

Müdafiə Nazirliyindən bildirilib ki, növbəti tədbir səyyar təşviqat qrupunun üzvlərinin və şəxsi heyətin iştirakı ilə Kəlbəcər rayonu ərazisində təşkil olunub.
Əvvəlcə bayram günü üçün böyük ölçüdə hazırlanmış Azərbaycan Respublikasının Dövlət Bayrağı "Yaşasın Azərbaycan” şüarı altında şəxsi heyət tərəfindən qaldırılıb.

Tədbirdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən, döyüşlərdə göstərilən şəxsi igidlik və qəhrəmanlıq nümunələrindən əsgərlərlə geniş söhbətlər aparılıb, ordumuzun əldə etdiyi zəfərin tarixi əhəmiyyətindən danışılıb.

Bu ərazilərdə xidmət edən hərbi qulluqçuların doğmalarına çatdırmaq istədikləri istək və arzuları video çəkiliş vasitəsi ilə qeydə alınıb. Əsgərlərin yaxınları üçün hazırlanmış video süjetlər Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən hərbçilərin ailələrinə göndərilib.

Bayram tədbirində istedadlı əsgərlər arasında yarışlar keçirilib, qaliblərə mükafatlar və döş nişanları təqdim olunub.

Görüşlər zamanı "Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən yazılmış məktublar hərbi qulluqçulara çatdırılıb, şəxsi heyətə Vətən müharibəsi mövzusunda sənədli film nümayiş etdirilib.

Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifasında təqdim edilən vətənpərvərlik mövzusunda musiqi nömrələri hərbi qulluqçular tərəfindən rəğbətlə qarşılanıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol