İyun ayında hava necə olacaq?

Azərbaycan ərazisində iyun ayına olan hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturun iqlim normasından bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasından az, dağlıq və dağətəyi ərazilərdə isə normaya yaxın olacağı ehtimal olunur.Bakı və Abşeron yarımadasında havanın temperaturu 23-26 isti dərəcə olacaq ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 27-32 dərəcə isti, bəzi günlərdə 35-37 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasından (norma 9-12 mm) az olacaq.Naxçıvan Muxtar Respublikasında temperatur 22-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 16-21 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 34-38 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasından az (norma 21-35 mm) olacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında temperatur 15-20 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 9-14 dərəcə isti təşkil edəcək. Gündüzlər 20-25 dərəcə isti, bəzi günlərdə 28-30 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 86-130 mm) olacaq.Qazax-Gəncə, Goranboy, TərTər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında temperatur 21-25 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 26-31 dərəcə isti, bəzi günlərdə 33-37 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasından az (norma 46-63 mm) olacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 15-20 dərəcə isti təşkil edəcək. Gündüzlər 24-29 dərəcə isti, bəzi günlərdə 32-34 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm) olacaq.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın temperaturu 24-26 dərəcə isti gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 28-33 dərəcə isti, bəzi günlərdə 35-39 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasından az (norma 12-49 mm) olacaq.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında temperatur 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Gecələr 18-23 dərəcə isti təşkil edəcək. Gündüzlər 25-30 dərəcə isti, bəzi günlərdə 32-35 dərəcə isti gözlənilir. Yağıntı aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacaq. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























