• $
  • €
  • ₽
  • ₺
  • £

Ukraynada yaşayan azərbaycanlılarla görüş keçirilib

Ukraynada yaşayan azərbaycanlılarla görüş keçirilib
24.06.2021 22:30
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Ukraynaya səfəri çərçivəsində Kiyevdə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının ofisində bu ölkədə yaşayan fəal azərbaycanlı gənclərlə görüş keçirilib.

Gənclərlə görüşdə Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli və digər Komitə rəsmiləri iştirak edib. Görüş zamanı Azərbaycan-Ukrayna münasibətləri, diaspor hərəkatında gənclərin rolu və Vətənə verə biləcəkləri töhfələr barədə danışılıb, müxtəlif movzülarda fikir mübadiləsi aparılıb.
 
Tədbirdə çıxış edən aparat rəhbəri D.Rəcəbli qeyd edib ki, Azərbaycan dövləti bütün dövrlərdə gənclərə, onların problemlərinə həssas və diqqətlə yanaşıb. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir, bugün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.
Görüş zamanı gənclər istər vətən müharibəsi dövründə, istərsə də ondan sonrakı dövrlərdə hər zaman Vətənə bağlılığını ifadə edərək, daim müxtəlif formalarda Azərbaycana dəstək göstərdiklərini qeyd ediblər. Bildiriblər ki, gələcəkdə də Azərbaycanla bağlı həqiqətləri, milli və dövlətçilik maraqlarını yaşadıqları ölkələrdə və bütün dünyada təbliğ edəcəklər.
 
Tədbirin sonunda gənclərin gələcək fəaliyyətləri və vətənpərvərliklə bağlı müzakirələr aparılıb, gənclərə  daimi Vətəni uca tutmaları tövsiyə edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol